Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
24.05.2017 745 0.0 0

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində Mançesterdə törədilən terror hücumunda həlak olanları anmaq məqsədilə xatirə kitabı açılıb.

Məlumata görə, xatirə kitabı 24 və 25 may tarixlərində saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək açıq olacaq.

Artıq Türkiyə, Fələstin, Hindistan səfirləri və BMT-nin Bakı ofisinin rəhbəri, eləcə də Qazaxıstan, Türkmənistan səfirliklərinin nümayəndələri kitabda qeydlərini edib.

Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar