Böyük Britaniyada ilk maşinistsiz sərnişin qatarı istifadəyə verilib - VİDEO
27.03.2018 771 0
Böyük Britaniyada maşinist olmadan hərəkət edən ilk sərnişin qatarı İngiltərənin Piterboro və Horş şəhərləri arasında relsə buraxılıb.
TASS-a istinadən xəbər verilir ki, bu qatarın hərəkəti tam avtomatlaşdırılıb və maşinist, demək olar ki, nəzarətçiyə çevrilib; onun bütün funksiyaları qatarların qapılarını idarə etməyə qədər azaldılıb.
Layihə Böyük Britaniyanın "Thameslink Railway" dəmir yoluna xidmət göstərilməsi ilə məşğul olan eyniadlı dəmir yolu şirkəti tərəfindən həyata keçirilib. Onun uzunluğu 225 km təşkil edir və yol boyu 68 stansiya var.
Layihə üzrə bütün işlər beş il çəkib və 7 milyard funt sterlinqə (təxminən, 10 milyard dollar) başa gəlib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər