Böyük Britaniyada Aİ-də qalıb-qalmamaqla bağlı referendum keçirilir
23.06.2016 553 0.0 0

Böyük Britaniyada krallığın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirəcək referenduma start verilib.

 

"The Independent"ə istinadən verilən xəbərə görə, seçki məntəqələri gecə saatlarına qədər açıq olacaq, ardınca isə səslər sayılacaq.

 

Səsvermədən öncə keçirilən sosialoji soruğunun nəticələri Avropa İttifaqında qalmaq istəyənlərin üstünlük təşkil etdiyini göstərir.

 

22 iyunda YouGov şirkəti tərəfindən keçirilmiş sonuncu sorğunun nəticələrinə əsasən Böyük Britaniyanın Aİ-dən çıxmasının əleyhdarları 51%, tərəfdarları isə 49% təşkil edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar