Böyük Britaniya kraliçası II Yelizaveta ofşor hesablara təqribən 10 milyon funt sterlinq (13 milyon ABŞ dolları) sərmayə qoyub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda yerləşən Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun (ICIJ) yaydığın "Paradise Papers" hesabatlarında britaniya hökmdarının bu pulları 2004-2005-ci illərdə Kayman və Bermud adalarında qeydiyyatdan keçmiş fondlara qoyduğu qeyd olunub.
Məlumata görə, bu pullar, çox güman, II Yelizavetanın ona məxsus olan Lankaster hersoqluğundakı 500 milyon funt sterlinq dəyərindəki daşınmaz əmlakdakı payından qazandığı dividendlərdir. Böyük Britaniya KİV-i bu əməliyyatlarda qeyri-qanuni heç nəyin olmadığını, kraliçanın daim vergi ödədiyini yazıb. Amma rəhbərin ofşor hesablara pul qoymağa hüququ olub-olmadığı məsələsi aydınlaşdırılmır.