Cosep Borrell Rusiya və Çin arasında ittifaqın yaranması ehtimalı barədə danışıb.
Qazeta.info Rusiya mətbuatına əsasən bildirir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell ABŞ-da keçirdiyi mətbuat konfransında Rusiya və Çin arasında ittifaqın yaradılması imkanını açıqlayıb.
"Ukraynadakı vəziyyətin arxasında az diqqət çəkən Çin və Rusiyanın birgə bəyanatı iki avtoritar rejimin güclü ittifaqının əsasını təşkil edə bilər", - deyə diplomat qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Kremlin Mətbuat Xidməti Rusiya və Çinin yeni eraya daxil olan beynəlxalq münasibətlər, qlobal davamlı inkişafla bağlı birgə bəyanatını dərc edib.
Rusiya və Çin birgə bəyanatda ABŞ-ı Asiya-Sakit okean regionunda və Avropada orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırıb.