Boris Yeltsinin evi yandı
02.02.2018 790 0.0 0

Rusiyanın Sverdlovsk vilayətində ölkənin keçmiş prezidenti Boris Yeltsinin doğulduğu ev yanıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, hadisə Basmanovskoye kəndində baş verib.

İlkin ehtimallara əsasən, yanğına evdə baxımsız qalan soba səbəb olub.

Qeyd olunur ki, həmin evə qonşu nəzarət edirmiş, lakin qonşu bu günlərdə səfərdə olduğu üçün ev baxımsız qalıb.

Bildirilir ki, yanğın zamanı evdəki qaz balonu da partlayıb. Nəticədə ev tamamilə məhv olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar