“Rusiyaya dərhal iqtisadi sanksiyalar paketi tətbiq edəcəyik”.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Baş nazir Boris Conson bu barədə hökumətin Ukrayna ilə bağlı təcili iclasından sonra deyib.
Fransa təhlükəsizliklə bağlı təcili iclas çağırıb - YENİLƏNİB
Boris Conson Avropa liderləri ilə Ukrayna məsələsini müzakirə edəcək
Ukrayna Rusiyanı Dəniz Hüququ Konvensiyasını pozmaqda ittiham edib
Baş nazir bildirib ki, Putinin “DXR” VƏ “LXR”-i tanıması qərarı Ukraynanın suverenliyini açıq-aşkar pozub: “Putin beynəlxalq hüququ tamamilə pozub və biz dərhal iqtisadi sanksiyalar paketini tətbiq edəcəyik, məncə bu onlar tərəfindən də gözləniləndir”.
Baş nazirin sanksiyalarla bağlı daha ətraflı məlumatı bu gün günorta saatlarında parlamentin aşağı palatasında çıxışı zamanı açıqlaması gözlənilir.