Boksçumuz İslamiadada gümüş medal qazandı
18.05.2017 651 0
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boksçumuz gümüş medal qazanıb.
Məlumata görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev finalda özbəkistanlı Bobo-Usman Baturovla qarşılaşıb.
Təəssüf ki, rəqib idmançı boksçumuzdan üstün olub - 5:0.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər