Boksçu rinqdə aldığı zərbədən ölüb - VİDEO
17.10.2019 715 0.0 0

ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, 27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası üzrə döyüşün 10-cu raundunda həmyerlisi Çarlz Konvey dərin nokauta göndərib. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar. Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Ümumdünya Boks Şurasının prezidenti Maurisio Süleyman başsağlığı verib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar