Boksçu Ndiaye diqqət mərkəzindədir
18.06.2015 768 0.0 0
İrlandiyalı Nolan əvvəlcədən rəqibi haqqında öyrəndi, sonra qalib gəldi

Bakı Kristal Zalda dünən keçirilmiş kişilərin yarım-orta çəki dərəcəsi üzrə (69kq) boks yarışlarında Yuba Sissoko Ndiaye göz oxşayan boksçular sırasında olub.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Seneqalda anadan olan idmançı Ndiaye birtərəfli mübarizədə latviyalı Mixails Pavlovsu tam üstünlüklə məğlub edə bilib. Belə ki, hakimlərdən biri ispan boksçunun xeyrinə böyük fərqlə, 30-24 hesabı ilə üstünlük verib. Sissoko Ndiayeva növbəti dəfə onaltıdabir mərhələdə yüksək reytinqli idmançı Aleksandr Besputinlə görüşəcək.

Lakin boksçu Sissoko Ndiaye dünən nümayiş etdirdiyi çıxışından tam razı qalmayıb və rəqiblərini xəbərdar edib ki, daha çox nailiyyətlər qazanacaq:

Bu yaxşı mübarizə idi. Mən döyüşə nəzarət edirdim. Amma mən daha yaxşı mübarizə apara bilərəm. Ümid edirəm ki, görüşlərimdə Allah da mənə kömək edəcək. Mən mübarizə aparanda, o həmişə mənimlə olur.-Sissoko Ndiaye

Bakı 2015 ilk Avropa Oyunlarında dünən baş tutmuş boks yarışlarında 69 kq çəki dərəcəsində mübarizə aparan digər təəccübləndirici bir qalib irlandiyalı Adam Nolan olub. Onun sol əllə vurduğu sərt zərbə və qeyri-adi kombinasiyalı möhürü alban idmançı Alba Beqiriyə çox şeyi sübut edib. Altı hakimdən heç biri albaniyalı idmançıya hətta bir raundda belə üstünlük verməyib.

İrlandiyanı təmsil edən boksçu Nolanın bu oyunda planı öz rəqibini uzaq məsafədə saxlamaq olub. Çünki o, yarışdan əvvəl rəqibi barədə kifayət qədər məlumatlı olub və bilir ki, albaniyalı Beqiri yaxın məsafədə yarışarsa, oyun Nola üçün təhlukəli ola bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar