Boksçu koronavirusdan dünyasını dəyişib
16.11.2021 526 0.0 0

Fransalı qadın boksçu Jüli Le Qalyar 31 yaşında dünyasını dəyişib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, idmançının ölümünə koronavirus infeksiyası səbəb olub.

Bir neçə gün öncə virusa yoluxan boksçu müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, Jüli Le Qalyar 2015-ci ildə 57 kq çəki dərəcəsində Fransa çempionu olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar