Boksçu Alvaresdə dopinq aşkarlanıb
06.03.2018 900 0
Meksikalı boksçu Saul Alvares dopinq yoxlamasından keçib.
Bildirək ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, idmançıda klenbuterol tapılıb. "Golden Boy Promotions" şirkəti bəyan edib ki, Alvaresin orqanizmində qadağan olunmuş maddə zəhərli ətin qəbulundan sonra aşkarlanıb, hansı ki son vaxtlar onlarla meksikalı atlet ondan zərər çəkib.
"İdmana hörmət edirəm, ona görə də bu məni çox narahat edir. Əvvəllər məndə belə şey olmayıb. Bu vəziyyəti aydınlaşdırmaq üçün bütün prosedurları keçməyə hazıram. İnanıram ki, sonda həqiqət mənim tərəfimdə olacaq", - deyə Alvares bildirib.
Qazaxıstanlı boksçu Gennadi Qolovkinlə üç versiya üzrə döyüşə hazırlaşan idançı Meksikadan ABŞ-a gələrək məşqini keçib və əlavə testdən keçmək niyyətindədir./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər