Oktyabrın 21-də Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, 8 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamız birincilikdə tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.
Yığmamızın heyəti aşağıdakı kimidi:
49 kq. Həsən İbrahimov
52 kq. Amid Əlizadə
56 kq. Orxan Həsənov
60 kq. Sayad Lalayev
64 kq. Bəxtiyar Qazıbəyov
69 kq. Nicat Həsənov
75 kq. Amin Kuşkov
81 kq. Surət Qarayev
91 kq. İsmayıl Yaqubov
+91 kq. Məhəmməd Abdullayev
Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığmamız ertəsi gün Antalyaya yollanacaq. Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.
Qeyd edək ki, yarışda ölkəmizi 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək.