BMT Türkiyədəki terrora münasibət açıqladı
21.07.2015 630 0.0 0

BMT Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda ötən gün çox sayda insanın ölməsi və yaralanması ilə nəticələnən terror hadisəsinə münasibət bildirib.

məlumata görə, BMT-nin baş katibi Ban Ki mun açıqladığı bəyanatda bildirib ki, hədəfi mülki insanların olduğu bu terror hadisəsini heç bir səbəblə əsaslandırmaq olmaz. Terror hadisəsi zamanı ölənlərin yaxın qohumlarına, türk xalqına və Türkiyə hökumətinə başsağlığı verən qurum rəsmisi hücumu törədənlərin ən yaxın vaxtda yaxalanacağını və ədalət qarşısına çıxarılacağına ümid etdiyini deyib. 

Xatırladaq ki, ötən gün gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur. 

Kamikadze hücumun İŞİD terror təşkilatının üzvü olan 18 yaşlı qız tərəfindən törədildiyi bildirilsə də bu istiqamətdə araşdırmalar davam edir.|anspress|


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar