BMT-Əsəd ittifaqı açıldı – «Qardian»dan şok faktlar
31.08.2016 890 0.0 0

İngiltərənin “Qardian” qəzeti BMT-nin Suriyada yardım proqramları zamanı Əsəd rejiminə ciddi dəstək verdiyini iddia edib.
 
Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, qəzetin araşdırmasında BMT-nın Suriyada çalışdığı dərnək rəhbərlərinin əksəriyyətinin Əsədin yaxın çevrəsindən təşkil olunduğu bildirilib. Bu yolla Əsədə on milyardlarla dollar yardım edilib:
 
“BMT Suriyada müdafiəsiz qalan mülki şəxslərə yardım etmək üçün Suriya rejimi ilə əməkdaşlıqda israr edir. Ölkədə köməksiz insanlara yardım aparmaq üçün imzalanan anlaşmalar Əsəd rejiminə yaxın şəxslərə bu illər ərzində on milyardlarla dollar qazandırıb.
 
BMT 2015-ci ildə Suriyaya 1.1 milyard dollarlıq yardım göndərib. Bu məbləğin 900 milyon dolları Əsəd rejimi tərəfindən nəzarət olunan bölgələrə yönləndirilib. Rejim BMT-ni ölkə daxilində çalışma icazəsinin ləğvi ilə bağlı təhdid edərək yardımlara nəzarəti əlində saxlayır”.
 
Qəzetin əldə etdiyi sənədlərdə BMT-nin Suriyada Səhiyyə, Təhsil və Ədliyyə nazirlikləri ilə əlaqədə olduğu üzə çıxıb:
 
“BMT Suriya Turizm Nazirliyinin 35% hissəsinə sahib olduğu Dəməşqdəki “For sizn” (Dörd mövsüm) otelinə son iki ildə 9 milyon 296 min dollar pul ödəyib. Bu məbləğin üçdə biri nazirliyin hesabına köçürülüb. BMT isə Dəməşqdəki işçilər üçün bu otelin yeganə təhlükəsiz yer olduğunu deyib.
 
Prezident Bəşər Əsədin xanımı Əsma Əsədin qurduğu “Suriya turist” adlı yardım dərnəyinə 8,5 milyon dollar pul köçürülüb. Ancaq Əsma Əsəd həm ABŞ-ın, həm də AB-nin qara siyahısına daxil edilib.
 
BMT-nin Uşaq Fondu (UNİSEF) Suriyanın ən zəngin adamı və Əsədin ən yaxın çevrəsinə aid olan Rami Makloufun “Bustan” dərnəyinə 267.933 dollar ödəyib. ABŞ və AB-nin qara siyahısında yer alan Makloufun yardım dərnəyinin ordu ilə sıx əlaqədə olduğu deyilir.
 
Maklouf həm də ölkənin ən böyük mobil operatoru olan “Suriyatel” şirkətinin sahibidir. BMT işçiləri isə “Suriyatel”dən istifadə etmələrini rejimin ölkədə peyk telefonunu qadağan etməsi ilə əlaqələndirib.
 
Əsəd və Makloufa yaxınlığı ilə bilinən digər bir şirkətlə BMT 15 milyon dollarlıq, UNİSEF isə daha az məbləğdə anlaşmalar imzalayıb. Sahibi ABŞ və AB tərəfindən qara siyahıya salınan “Transorient” şirkəti də  UNISEF-dən Xüms və Tartusdakı depolar üçün 386 min dollar alıb.
 
2012-ci ilin mayından qara siyahıda olan Səlim Altounun sahibi olduğu “Altoun Qrup” BMT ilə 88 min dollarlıq müqavilə imzalayıb.
 
Bəzi üzvlərinin Əsədlə bağlantısı olduğu iddia edilən Suriya Ticarət Otağı da 2013-2014-cü illərdə BMT təşkilatlarından 893.805 dollar alıb.
 
BMT-nin digər sənədləri də araşdırıldıqda, ümumilikdə, Əsəd rejimi ilə əlaqədə olan 258 şirkətlə 54 milyon dollarlıq anlaşma imzalandığını görmək olar”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar