BMT Rusiyanın Ukraynaya hücumu barədə qətnamə qəbul edib
02.03.2022 344 0
BMT Baş Assambleyası xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynaya qarşı hücumunu pisləyən qətnamə qəbul edib.
Bu barədə TASS-a istinadən xəbər verilir.
Bundan əvvəl Rusiya Federasiyası məzmunca oxşar sənədi dünya təşkilatının Təhlükəsizlik Şurasında bloklayıb. Baş Assambleyanın qətnaməsi hüquqi qüvvəyə malik deyil.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər