BMT-nin rezident əlaqələndiricisi: `Azərbaycan regionun liderdir`
14.02.2018 805 0.0 0

"Azərbaycanla əməkdaşlığımızdan məmnunuq".

Bildirək ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabr ayında Bakıda Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verilməsinə həsr olunan hökumətlərarası forum keçiriləcək. 

Forumda "DİM-lərin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri"nin layihəsi təqdim olunacaq. Bu Prinsiplər Azərbaycanda DİM-lərin icrasına dəstək üçün atılmalı növbəti konkret addımları əks etdirməklə yanaşı, Azərbaycanın 2018-ci ilin sentyabr ayında Bakı şəhərində keçiriləcək hökumətlərarası DİM forumuna töhfələrindən biri kimi çıxış edəcək.

"Tərəflər davamlı inkişafı təmin edəcək sənəd qəbul etməyə hazırlaşırlar. Sənədin imzalanması region ölkələri üçün yaxşı nümunə ola bilər", - o qeyd edib.

Q.İsakzai vurğulayıb ki, BMT ölkənin davamlı inkişafını dəstəkləmək üzrə böyük səylər göstərir, o cümlədən bu gün təşkil edilən seminar Azərbaycan iqtisadiyyatının inkişafına dəstək verilməsinə istiqamətlənib.

"Azərbaycan həm mexanizmlər və siyasi iradə, həm də milli agentliyin yaradılması baxımından regionun lideridir. Bu istiqamətdə doğru məqsədlər və onlara nail olmaq yolları müəyyənləşdirilir", - Q.İsakzai bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar