BMT Ermənistanı məyus etdi
14.04.2015 917 0.0 0

Birləşmiş Millətlər Təşkilatı (BMT) ermənilərin qondarma soyqırımını təsdiqləməyə tələsmir.

Məlumata görə, BMT-nin baş katibi Pan Gi Mun Türkiyə və Ermənistan tərəflərinin 1915-ci il hadisələrini araşdırmağa çağırıb. BMT nümayəndəsi Stefan Düjarik baş katibin sözlərini jurnalistlərə çatdırarkən bildirib ki, "Pan Gi Mun aprelin 24-də Ermənistan və bir sıra başqa ölkələrdə faciəvi 1915-ci il hadisələrinin 100-cü ildönümünün qeyd edələcəyindən xəbərdardır. O, baş verənlərin qiymətləndirilməsi ilə bağlı məsələnin həssaslığını da yaxşı dərk edir. Buna görə də tərəflər 100 illik tarixi olan hadisələrə aid faktları araşdırmaq məqsədilə əməkdaşlıq etməlidirlər".

Xatırladaq ki, Ermənsitan 1915-ci il hadisələrini türklərin ermənilərə qarşı "soyqırımı" adı ilə tanıtmağa çalışır. Türkiyə isə bunun tarixçilər tərəfindən araşdırılmalı olduğunu və bunun üçün də əməkdaşlığa hazır olduqlarını bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar