BMT-dən ümidsiz proqnoz
24.03.2015 757 0.0 0

BMT Təhlükəsizlik Şurası (TŞ) Yəməndə baş verən son hadisələr səbəbilə təcili toplantı keçirib. 

Məlumata görə, BMT TŞ-nin keçirdiyi konfransda 15 üzvün imzaladığı bəyanatda Yəmən prezidenti Abd Rabbuh Mənsur əl-Hadinin legitimliyi dəstəklənib, “Husi” hərəkatı üsyançılarının fəaliyyəti isə pislənib.

Konfransa Qətərdən telekonfrans üsulla qatılan BMT-nin Yəmən nümayəndəsi Camal Benomar “Husi”lərin ölkənin böyük bir hissəsini ələ keçirərək hakimiyyət qurmasını gözləməyin mənasız olduğunu bildirib. O, bir tərəfdən də prezident Hadinin yenidən özünə dəstək qazanmasının da çətin olduğunu sözlərinə əlavə edib. 

“Ölkə bu gedişatla Suriya, Liviya və İraqda olduğu kimi uzunmüddətli daxili qarşıdurmanın mərkəzinə çevriləcək”, - deyə BMT nümayəndəsi bildirib. 

Qeyd edək ki, "Husi" hərəkatı 2014-cü ilin avqustundan hökumət əleyhinə çıxışlara başlayıb. Bir aydan sonra onlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Şiə qiyamçıları bu il yanvarın sonunda prezident sarayını tutaraq hakimiyyəti ələ keçiriblər./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar