BMT-dən Myanma hakimiyyətinə çağırış
05.09.2017 644 0.0 0

 BMT-nin baş katibi Antoniu Quterreş Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə hüquqi status və mümkün qədər vətəndaşlıq verməyə çağırıb.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə BMT-nin baş katibi jurnalistlərə açıqlamasında deyib.

"Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da hələlik hüquqi status vermək çox vacib olacaq", - deyə o bildirib.

Baş katib BMT-nin Myanmanı etnik qrupların hüquqlarına riayət olunan demokratik ölkə kimi görmək istədiyini qeyd edib.

"Mən Myanma hökumətini - mülki və hərbi hakimiyyəti bu zorakılığa son qoymağa çağırıram. Fikrimcə, bu, regionda sabitliyi poza biləcək vəziyyət yaradır", - deyə Quterreş bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar