BMT 80-dən çox ölkədən təxminən 15 min adamın IŞİD sıralarına qatıldığı haqda hesabat verib.
BMT Təhlükəsizlik Şurasının Əl Qaidəyə tətbiq olunan sanksiyaları nəzarət komitəsi tərəfindən hazırlanan hesabata görə, IŞİD bölgedeki bütün tədbirlərə baxmayaraq yeni döyüşçüləri sıralarına qatmağa davam edir. Şurayadan təqdim edilən mütəxəssislərin hesabatına görə, 2010-cu ildən etibarən xaricdən bölgəyə döyüşməyə gedənlərin sayında böyük artım müşahidə olunub.
Hesabatda, 80-dən çox ölkədən təxminən 15 min xarici döyüşçünün son dövrdə İraq və Suriyaya gedərək Əl-Qaidə ilə əlaqəli qrupların tərəfinə qatıldığı ifadə olunub.
IŞİD-in tərəflərində Maldiv Norveç hətta Çili kimi bir çox ölkədən döyüşçünün olduğunu ifadə edilir.
Hesabatda, "1990-2010 illəri arasıyla müqayisədə 2010-cu ildən bəri xarici döyüşçülərin ümumi sayı qat-qat çox" ifadəsi istifadə edilib.
"Döndüklərini RİSK meydana gətirəcəklər"
Yüksək göstəricilərlə müşahidə olunan xarici döyüşçülərin illərcə sürəcək bir təhdid meydana çıxacağı söylənilərkən, bu döyüşçülərin öz ölkələrinə döndükləri zaman da böyük risk yaradacaqlarına diqqət çəkilib.
Sentyabrda ABŞ liderliyində BMT Təhlükəsizlik Şurasına təqdim edilən və yekdilliklə qəbul edilən qərar layihəsi bütün BMT üzvlərinin xarici döyüşçülərin maneə törədilməsi və maliyyə qaynaqlarının kəsilməsi üçün müraciət etmişdi. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin də 12 Sentyabrda etdiyi açıqlamada xüsusilə IŞİD sıralarında 20 min ilə 31 min arası döyüşçüsünün olduğunu açıqlanıb.