BMT-dən İran və Səudiyyə Ərəbistanına çağırış
05.01.2016 482 0
BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücumları tənqid edib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının üzvləri bildiriblər ki, İran və Səudiyyə Ərəbistanı regionda gərginliyin azaldılması üçün öz aralarında dialoq təşəbbüsünü dəstəkləməlidirlər. Bununla yanaşı, bəyanatda iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olan şiə din xadimi Nimr əl Nimrin edamı ilə bağlı heç bir qeyd yoxdur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər