ABŞ-ın Nyu York şəhərində BMT-nin başqərargahının qarşısında Fələtinin dövlət bayrağı ucaldılıb. Məlumata görə, tədbirdə BMT-nin baş katibi Pan Ki-mun, Fələstin lideri Mahmud Abbas, Türkiyənin baş naziri Əhməd Davudoğlu və 193 ölkənin nümayəndəsi iştirak edib.
Bayrağın ucaldılmasından əvvəl çıxış edən BMT-nin baş katibi Pan Ki-Mun sözlərini ərəb dilində “Şükran kəsiran” (Çox təşəkkürlər) deyərək başa vurub.
Dahaq sonra çıxış edən Fələstin lideri Mahmud Abbas bunun tartixi an olduğunu deyib. BMT-nin baş qərargahının qarşısında Fələstin bayrağının ucaldılmasının çox əhəmiyyətli hadisə olduğunu deyən Abbas baş katibə və tədbirdə iştirakedən digər ölkə nümayəndələrinə təşəkkürünü bildirib.
Tədbirin videosunu sosial şəbəkədəki səhifəsində paylaşan Türkiyənin baş naziri Əhməd Davudoğlu bunun sadəcə Fələstinin yox, həmçinin insanlığın ləyaqətinin bayrağı olduğunu qeyd edib. Bu günü gördüyü üçün Allaha şükr etdiyini bildirən Davudoğlu bu bayrağın bir gün azad Qüds səmasında dalğqlanmasını təmənna edib.
ABŞ, Kanada, Avstraliya və İsrail BMT-nin qarşısında Fələstin bayrağı ucaldılmasına qarşı olsalar da həmin layihə səs çoxluğu ilə qəbul olunmuşdu. /anspress/