Son hesablamalara əsasən, dünya üzrə 34 müxtəlif qruplaşma İŞİD-ə sadiqlik andı içib.
Reuters agentliyinə istinadən verilən məlumata görə, bunu BMT Təhlükəsizlik Şurasında çıxış edən qurumun baş katibi Pan Qi Mun bəyan edib.
Onun sözlərinə görə, 2016-cı ildə bu rəqəm ardıcıl surətdə artacaq.
“İŞİD dünyanın ən zəngin terror təşkilatıdır. Bəzi məlumatlara əsasən, 2015-ci ildə qruplaşma neft və neft məhsullarının satışından 400-500 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bundan başqa, İŞİD-in nəzarəti altında olan ərazilərdə müəssisə və fermerlər silahlılara vergi ödəməli olur. Üstəlik, terrorçular daşınmaz əmlakın müsadirəsi və alqı-satqısı ilə məşğuldur. Dəyişən şəraitə dərhal uyğunlaşan İŞİD-in dünya üçün olduqca təhlükə kəsb edir”, deyə BMT baş katibi vurğulayıb./apa/