BMT baş katibi İranla əldə olunan nüvə sazişinə sadiq qalmağa çağırıb
16.08.2017 537 0
BMT baş katibi İranla əldə olunan nüvə sazişini ən böyük diplomatik nailiyyət adlandıraraq, onun qüvvədə qalması üçün səyləri əsirgəməməyə çağırıb. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ötən gün ABŞ-ın sanksiyaları genişləndirəcəyi təqdirdə Tehranın nüvə sazişini tezliklə tərk edəcəyini bəyan edib. Bundan əvvəl isə İran parlamenti ABŞ sanksiyalarına cavab olaraq milli raket proqramının inkişafına 520 mln. dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Xatırladaq ki, ABŞ bir neçə gün əvvəl İranın raket proqramı ilə bağlı 18 təşkilat və fiziki şəxsi sanksiya siyahısına daxil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər