Bloqqer Mehman Hüseynovun yaxınları onun oğurlandığını düşünür.
azadliq.org-a istinadən xəbər verilir ki, NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli Facebook sosial şəbəkəsində yazıb ki, artıq bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.
“Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülkigeyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür», – Ü.Həsənli yazıb.
M.Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqqerin «Sancaq» səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb.
Vəkil Elçin Sadıqov da 102 xidmətinə zəng etdiyini yazıb.
Hələlik, hüquq-mühafizə orqanlarından məsələyə münasibət almaq mümkün olmayıb./Qfqazinfo.az/