Biznesmen uşaqlarını, arvadını, sonra isə özünü öldürüb
24.01.2016 763 0.0 0

 Rusiyanın Krasnoyarsk diyarında 39 yaşlı kişi uşaqlarını və arvadını, sonra isə özünü güllələyib.
 
Məlumata  görə, Rusiya İstintaq Komitəsinin Region üzrə İdarəsinin saytında yanvarın 24-də yerləşdirilən məlumatda bildirilir ki, kişinin, onun 38 yaşlı hamilə arvadının, 17 və 9 yaşlı övladlarının meyitləri Artyomovsk şəhərində fərdi yaşayış evlərindən birində yanvarın 23-də qohumları tərəfindən aşkarlanıb.   
 
İstintaqın versiyasına görə, iş adamı olan ev sahibi yaxınlarını yatdıqları yerdə güllələyib. Ballistik, genetik və məhkəmə-tibbi ekspertizalar təyin olunub. Ehtimal olunur ki, kişi ailə üzvlərinə 16 mm çaplı qoşalülə tüfəngdən atəş açıb.
 
Bəzi məlumatlara görə, cinayətin səbəbi meşəçilik sahəsində bizneslə məşğul olan kişinin külli miqdarda kredit borcunu qaytara bilməməsi və maddi çətinlik çəkməsi ola bilər.   
 
Faktla bağlı cinayət işi başlanılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar