Mail.ru şirkətlər qrupunun həmtəsisçisi Yuri Milner Yerdən kənar sivilizasiyaların axtarışı layihəsinə 100 milyon dollar yatıracaq.
Məlumata görə, bu barədə xəbəri Vedomosti qəzeti yayıb.
Milner qəzetə müsahibəsində deyib ki, onun layihəsinin başlıca məqsədi Yerə kosmosdan daxil ola biləcək mümkün siqnallar barədə informasiyanın toplanması, işlənməsi və yayılmasıdır.
Milner layihəni öz şəxsi vəsaiti hesabına maliyyələşdirmək niyyətindədir, çünki onun sözlərinə görə, dövlətlər belə layihələrə pul ayırmaq istəmirlər. Milner tədqiqat işinə lazım olacaq teleskopları və kompüter şəbəkələrini icarəyə götürəcək.
Layihə iştirakçıları daha kiçik siqnallara malik daha çox ulduz və qalaktikanı daha geniş diapazonda araşdırmağı düşünürlər. Layihə sayəsində bu sahədə aparılan araşdırma işlərinin miqyasının yüz dəfədən çox artacağı gözlənilir.
Yuri Miller “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberglə birgə
Qeyd edək ki, “Mali.ru group” “DST Global” şirkətlərinin təsisçisi Yuri Millerin Forbes-in 2015-ci il hesablamasına görə şəxsi kapitalı 3,2 milyard dollardır./anspress/