Birinci xanımlara paltar tikən dərzi (FOTO)
18.03.2015 872 0.0 0

Kutyurye Erik Şe Sonuncu İran şahı Məhəmməd Rza Şah Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi, eləcə də digər ölkələrin birinci xanımları üçün tikdiyi geyimlərlə məşhurdur.

Məlumata görə, buro247.az saytının köşə yazarı Helena Couffin-Chernoff kutyuryenin Parisdəki yeni butikində olub, təssüratlarını qələmə alıb.

Bir neçə gün öncə günəşli yaz səhərində Parisin mərkəzində gəzirdim. Birdən Saint-Florentin küçəsində məni tanımadığım "Erik Schaix" butikinin vitrini heyran etdi. Sanki şüşənin arxasında qadın arzusunun təcəssümünü gördüm - nəfis və eleqant ziyafət geyimləri. Bəziləri dəbdəbəli tikilmişdi, digərləri lələk və strazlarla bəzədilmişdi, bəzilərinin isə demək olar yüngül ümumi görünüşləri var idi.

Daha çox görmək istədim və butikin qapısındakı zəng düyməsinə basdım (Parisdə belə giriş sistemi ən dəbdəbəli məkanlar üçün səciyyəvidir). İçəridə məni işıqlı, dəbdəbəli salonda xoş qəbul gözləyirdi. Butikdə təkcə geyimlər deyil, həm də moda aksessuarları, çanta, ayaqqabı və hətta zərgərlik məhsulları təqdim olunub.

Kutyurye Erik Şe bütün müştərilərini dəyərli qonaqları kimi qarşılayır. O, butikdə öz iştirakı ilə kiçik ekskursiya keçirir, geyimləri sınama zamanı məsləhətlər verir. Bizim tanışlığımız xoş və davamlı söhbətə çevrildi və nəticədə mən öyrəndim ki, Erik Schaix markası bir onillik deyil ki fəaliyyət göstərir.

Artıq 17 ildir ki, Erik Kannda prestijli Majestic otelində öz ilk butikini açıb. Kutyur çərçivələri ilə özünü məhdudlaşdırmayaraq, o zərgərlik məhsulları və aksessuarlar hazırlamağa başlayıb. Onun gözəl olana müəllif baxışı və ifa qüsursuzluğu hörmət və tanınma əldə edib. Məşhur müştərilər özlərini çox gözlətməyiblər, 1995-ci ildə Afrikanın birinci xanımı sifariş verib. O zamandan kutyurye mütəmadi olaraq Afrika etnik motivləri ilə geyim üzərində çalışır.

Erik Şe Parisdə öz moda məktəbini 25 il öncə açıb. Qeyd etmək lazımdır ki, markanın məhsulları da Fransa paytaxtında hazırlanır. Bir mərtəbə yuxarıda, şou-rumun üzərində zəngərlik və tikiş atelyesi yerləşir. Demək olar, bütün geyimlər "sur mesure" - individual sifariş üzrə yerinə yetirilir.

Bundan əlavə, müştəri modelin xoş hazırlanma prosesində iştirak edə, gələcək geyimlərin eskizlərini görə, onlara öz düzəlişlərini edə bilərlər. Geyimləri hər dəfə geyinərək yorulmağa ehtiyac yoxdur, çünki daimi sifarişçilərin atelyedə öz tikiş manekenləri var. Hazır geyimlərə şou-rumda qiymətli daşlarla müvafiq bəzək əşyaları seçmək olar, yeri gəlmişkən, Erik Schaix-in zərgərlik əsərləri ancaq bir nüsxədə mövcuddur. Doğrudur, bəzi sifarişçilər təklif olunan seçimlə məhdudlaşmırlar. 2008-ci ildə xüsusi olaraq, şahbanu Fərəh Pəhləvi üçün kutyurye timsah dərisindən olan çanta hazırlayıb. Öz taclı sahibəsinin adını daşıyan bu model böyük uğur qazanıb və Erik indi onu ən müxtəlif dəri növlərindən hazırlayır. Bundan əlavə, dizayner gözəl klatçlar və ziyafət ayaqqabıları da yaradır. Belə bir təəssürat yaranır ki, sanki müasir şahzadə bala birbaşa Erik Schaix Paris şou-rumundan gedə bilər./anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar