Birinci qrup əlillər artıq heç bir təkrar tibbi müayinədən keçmədən ömürlük əlil hesab olunacaqlar. Ölkə başçısının fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada
müraciət etmək imkanı yaradacaq. Bu məqsədlə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resursları əlavə ediləcək.
Fərmanın məqsədi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığı artıracaq. Bundan başqa fərmanın əsas hədəflərindən biri də, tibbi-sosial ekspertiza və reablitasiya xidmətinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hesab edir ki, ölkə başçısının fərmanı bu sahədə bir çox uğurlu islahatlara da şərait yaradır:
“Bir neçə TSEK (tibbi komissiyalar) birləşdirib vahid bir komissiya yaradacağıq. Bir şərtlə bu proses son 5 il müddətində həyata keçiriləcək. 2020-ci ildə TSEK-lər birdən-birə böyük gəlişin olacağını ilə bağlı ehtimal nəzərə alaraq məhz ixtisarlar yalnız rəhbər şəxslər arasında baş tutacaq. Çünki TSEK-lərdə mütəxəssislərin işi daha çoxdur. Onların ixtisar olunması işi çətinləşdirə bilər".
Yeni fərmanın icrasını 3 dövlət qurumu birgə həyata keçirəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən başqa, Səhiyyə və Yüksək Texnologiyalar Nazirlikləri də bu işə cəlb olunub./anspress/