Birdəfəlik bezlər uşaqlara nə kimi ziyan verir?
25.07.2015 5205 0.0 0

Hazırkı dövürdə bütün analar körpələri üçün birdəfəlik uşaq bezlərindən istifadə edirlər. Uşaq bezləri anaların rahatlığını artırdığı üçün çox az adam onun zərərləri barədə düşünür. Hətta yaşlı nəslin nümayəndələri də gənc anaların fasiləsiz pamperslərdən istifadəsini görüb indi uşaq saxlamağın çox asan olduğunu deyirlər.

Amma bir zamanlar bu uşaq bezlərini sadə pambıq bezlər əvəz edirdi. Düzdür, o zamanların uşaqları yuxudan tez-tez ayılır və analar çox yorulurdu. Amma uşaqlar sağlam böyüyürdü. Mütəxəssislərin araşdırmalarına görə, uşaq bezləri xlorla ağardılır. Proses zamanı dioksin xaric olunur və bu maddə insan sağlamlığı üçün təhlükəli hesab edilən maddələrdən sayılır. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Təşkilatının hesabatına görə, dioksinlər xərçəng yaradıcı maddələrdir. Belə ki, onlar qaraciyər funksiyasına təsir edə, immunitet, sinir və hormon sistemini sıradan çıxara bilər.

ABŞ Biologiya Elmləri İnstitutunun araşdırması zamanı uşaq bezlərinin tərkibində tribütiltin - dənizçilikdə "zəhərli boya" olaraq bilinən və dəniz canlılarının gəminin altına yapışmasına mane olan kimyəvi zəhərli maddə də aşkar edilib. Alimlərin fikrincə, bezlərdə olan bu maddə insanlarda yağ hüceyrələrinin böyüməsinə və köklüyə səbəb olur. Bu maddə ilk dəfə 2000-ci ildə pampers “Ultra” quru körpə bezində aşkar edilib.

Bununla yanaşı, bezlərin tərkibində uçucu orqanik zəhərli maddələr - tolyen, ksilen və dipenten də mövcuddur. Bu zəhərli maddələr duyğu orqanları və həzm sistemi üçün təhlükəlidir. Orqanizmdə xərçəng yaranma riskini artırır. Həkimlər bildirir ki, körpə bezlərinin tərkibində müxtəlif boyalar, ətir maddələri və plastiklər də var.

2000-ci ildə Almaniyada Keil Universiteti tərəfindən aparılan araşdırma zamanı körpə bezləri oğlan uşaqlarını bədən istiliyindən daha yüksək dərəcədə tutduğu üçün nəsilartırma qabiliyyətinin aşağı düşdüyünü müəyyən edib.

Əlavə olaraq bildirək ki, məlumata görə,Qərbi Avropa ölkələrində kişilərin tədrici sonsuzluğunun səbəbi kimi uşaq bezləri göstərilir. Bunun nə dərəcədə doğru olduğunu deyə bilməsək də, amma valideynlər çalışmalıdırlar ki, bacardıqları qədər uşaqlarına az bez geyindirsinlər. Yerli həkimlərin məsləhətinə görə, uşağı bezdən tez ayırmaq daha məqsədəuyğun hesab olunur.

Pamperslərin kimyəvi tərkibindən danışarkən bildirməliyik ki, pamperslərin daxilində superadsorbentdən hazirlanan qat var həmin bu qat hidrofil qişa və sellülozla örtülüb. Hidrofil-yani su çəkən deməkdir, məs buna görə pampersə daxil olan maye dərhal ortasına yönəlir, düz adsorbi qatına. Adsorbent xususi mayenin qranullarını təşkil edir misal üçün poliakrelat natrium (Sodium polyacrylate). Sidiklə kontaktda qranullar onu daxilinə hopdurur və sonda şişir. Maraqlıdır ki, 1985ci ildə poliakrelat natriumu tamponların istehsalında qadağan etmişlər çünki o toksik şok sindromun yaranmasına səbəb olur. Lakin onun uşaqlara necədə zərərli olmasını heçkəs bilmir. Yeri gəlmişkən dəri, alerji və digər xəstəliklər əmələ gələ bilər.
Pampers istehsal edərkən çoxlu müxtəlif maye və vəsaitlər istifadə olunur. Bunların tərkibinə ağardıcıların qalıqlarıda daxildi, bu pamperslərin ağ olması üçün istifadə olunur. Dioxins ən təhlükəli mayelərdən biridir. Bu maye pamperslərin ağartma prosesin əlavə məhsuludur. Araşdırmalara görə dioksin və ona bənzər ağardıcıların qalıntığı spermada diri spermotozoidlərin sainı azaldır, həmçinin anadangəlmə qüsur,testikulun, prostat vəzinin və döşün xərçənginə səbəb olur və ələxsus cinsi orqanların inkişafını dayandırır.
Bir dəfəlik pamperslərin başqa bir problemidə var! Misal üçün onların tərkibində tributilen (tributyltin) kimi kimyəvi maddə var həmin o maddə cinsiyyət hormonlarını məhv edir. Əgər sizin övladınız gün ərzində 5 ədəd pampers istifadə etsə onun əlaqəsi o maddə ilə üç dəfə normanı artırır və heçkəs bilmir bu maddə uşaq dərisi ilə bütöv adsorbiyə edə biləcək ya yox, onuda qeyd etmək lazımdır ki, uşaq dərisi boöyüklərin dərisindən daha incədir. Həmçini məlumdur ki, əgər bu maddə insan hüceyrəsinə düşsə (bakteriyalarla mübarizə aparan hüceyrələr) o zaman insanın imun sistemini məhv edər.
Digər problem ondadır ki, pamperslərin ifraz etdiyi kimyəvi maddələr astma xəstəliklərinə səbəb olur. Bu maddələrdən bir neçəsi: toluol(toluene), ksilol, etilobenzol (ethylbenzen), stirol(styrene) və isopropilbenzol(isopropylbenzen). Astmatiklərə məsləhətim budur ki, pamperslərdən uzaq olsunlar.

 
Читать полностью: http://news.day.az/society/405194.html

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar