Bir neçə marketdə qanunsuzluq-«Baku Electronics» MMC-yə iş qaldırıldı
04.03.2015 947 0.0 0

Qazeta.info İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla bildirir ki, son dövrlərdə "Baku Electronics" MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çox saylı vətəndaş müraciətləri daxil olmuşdur.
Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı "Baku Electronics" MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.
Bununla əlaqədar "Baku Electronics" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bundan başqa İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus "Seval" marketdə aparılan yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

 

Daha sonra , Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsi, 205B ünvanında Şakir Ağayevə məxsus "Sarı" marketdə və Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus "Dəniz" marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qiymətləri əsassız artıran şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar