Bir manatlıq metal sikkələr buraxıla bilər
23.11.2017 858 0
Azərbaycan Mərkəzi Bankı bir manatlıq əskinasları metal sikkə ilə əvəz etmək imkanını nəzərdən keçirir.
Məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.
Mərkəzi Bank sədrinin birinci müavini beş manatlıq əskinasların metal sikkə ilə əvəz olunacağı barədə şayiələri isə təkzib edib. A.Quliyev əlavə edib ki, bu məsələ müzakirə olunan məsələlərin gündəliyində deyil./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər