Bir ay əvvəl Əfqanıstanda yaralanan BƏƏ səfiri ölüb
15.02.2017 665 0
Bir ay əvvəl Əfqanıstanın Qəndahar şəhərində törədilən terror aktı zamanı xəsarət alan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfiri Cuma əl-Kaabi ölüb.
Məlumata görə, bu barədə “Khaama Press” Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisə yanvarın 11-də Qəndahar əyalətinin qubernatoru Qamayun Əzizinin qonaq evində, onun BƏƏ səfiri ilə görüşü zamanı törədilib. Hadisə nəticəsində 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlərdən 5-i BƏƏ vətəndaşıdır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər