Bineli Yıldırım İslamiadada qızıl medal qazanan türk idmançılarını təbrik edib
18.05.2017 675 0.0 0

Türkiyənin baş naziri Bineli Yıldırım "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan türk idmançılarını təbrik edib.

Qazeta.info "Report" -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Nazirliyinin Mətbuat Müşavirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bineli Yıldırım Bakıda davam edən IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq, tennis, gimnastika, ağır atletika, cüdo, üzgüçülük, atletika, taekvando oyunlarında qızıl medal qazanan idmançılara təbrik teleqramı göndərib.

Qeyd edək ki, Türkiyə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında medal sıralaması ilə birinci yerdədir. Belə ki, qonşu ölkənin idmançıları 54 qızıl, 45 gümüş, 38 bürünc medal qazanaraq 137 medalla siyahıya başçılıq edirlər.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar