Binanın balkonunda siqaret çəkən 4000 cərimə edilsinmi? - VİDEO
30.09.2019 607 0.0 0

Eyvanda siqaret çəkmək və manqal yandırmaq qadağan olunur.

Belə bir qanun Rusiyada qəbul olunub. Yeni qanuna görə mənzillərinin eyvanlarında siqaret çəkən və ya manqal yandıranlar 1 oktyabr tarixindən etibarən 3 min rubl cərimə ödəyəcək. Bu qərarın verilməsinə səbəb isə yanğın riskini azaltmaqdır.

Qazeta.info Xezerxeber.az-ın məlumatına əsasən bildirir ki, Bakı sakinləri də düşünürlər ki, oxşar qanunun Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var.

 

Sorğu zamanı paytaxt sakinləri belə bir qanunun qəbul edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Çünki balkonda siqaret çəkən şəxs yanğın təhlükəsi yaratmaqla yanaşı qonşuların sağlamlığına da zərər vura bilər.

 

Hüquqşunas Xəyal Bəşirov isə bildirir ki, Azərbaycanda hazırda balkonda siqaret çəkməyi qadağan edən qanun olmasa da bu cür hallarda yanğına səbəb olan şəxslər qanunla vurduqları ziyanın həcminə görə məsuliyyət daşıyırlar.

 

Onun sözlərinə görə, yanğın təhlükəsizliyi qaydalarını pozan şəxslər 20-30 manat arasında cərimə edilə bilərlər. Bundan əlavə, Cinayət Məcəlləsinə görə siqaretdən istifadə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına səbəb olarsa həmin şəxslər 2 min manatdan 4 min manatadək, 2 ilədək islah işləri, 3 ilədək müəyyən vəzifə tutmaqdan məhrum edilmə, eləcə də 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar