Biləsuvarda yaşayış evində partlayış olub
09.09.2015 797 0
Biləsuvar rayonunun Təzəkənd kəndində yaşayan Ağaverdi Əhmədovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, dünən saat 21 radələrində Biləsuvar rayonunun Təzəkənd kəndində yaşayan Ağaverdi Əhmədovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış A.Əhmədov xəstəxanaya yerləşdirilmişdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər