Biləsuvarda silsilə oğurluq edən şəxslər yaxalanıb
16.01.2016 461 0.0 0

Biləsuvarda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər yaxalanıb. 

Bu barədə məlumatı cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Elşən Mustafayev verib. Onun sözlərinə görə, rayon sakini Cəmil Kazımov polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq edildiyini və daha sonra isə yandırıldığını bildirib. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəhmədabad kənd sakinləri Elsevər Tahir oğlu Rzazadə və Heydər Müslüm oğlu Qasımlı şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunublar. 

İlkin araşdırmalardan məlum olub ki, saxlanılan şəxslər ötən il dekabrın 23-də Cəmil Kazımova məxsus ərzaq mağazasına daxil olaraq oradan 5200 manat dəyərində ərzaq məhsulları oğurlayıblar. Onlar həmçinin izi itirmək məqsədilə mağazaya od vuraraq yandırmaqla mağaza sahibinə 15 min manat maddi ziyan vurublar. Bundan başqa, Elsevər Rzazadə və Heydər Qasımlının müxtəlif vaxtlarda da oğurluq etdikləri üzə çıxıb.
Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanıb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar