Biləsuvarda ərzaq yarmarkası keçirilib-FOTO
23.01.2016 463 0
Biləsuvarda ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.
Məlumata görə, əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, habelə süni qiymət artımının qarşısını almaq məqsədi keçirilən yarmarkada fərdi təsərrüfatlar və yerli sənaye müəssisələrinin istehsal etdiyi müxtəlif növ ərzaq məhsulları satışa çıxarılıb.
Məhsullar bazar qiymətlərindən 30-40 faiz ucuz satılıb.
Biləsuvar Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkada rayon icra başçısı Mahir Quliyev də iştirak edib.
Qeyd edək ki, Biləsuvarda ərzaq satışı yarmarkalarının hər ay keçirilməsi nəzərdə tutulub. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər