Biləsuvarda minik avtomobili aşıb
28.11.2015 574 0.0 0

Biləsuvarda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Məlumata görə, noyabrın 28-də gündüz saatlarında Ələt-Astara magistralının rayonun Xırmandalı kəndi ərazisindən keçən hissəsində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rauf Şura oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb və yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinləri - Yardımlı rayon sakini, 1987-ci il təvəllüdlü Kamil Nazim oğlu Əliyev, Saatlı rayon sakini, 1973-cü il təvəllüdlü Nəriman Mikayıl oğlu Əhmədov, Salyan rayon sakini, 1978-ci il təvəllüdlü Mahi Rizvan oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar