Biləsuvarda çobanı bacı və qardaşın birgə qətlə yetirdiyi üzə çıxıb
31.12.2016 1617 0.0 0

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Nabil Rəhmanovu bıçaqla qətlə yetirdiyinə görə dekabrın 26-da tutulmuş Dilarə Orucəliyevanın hadisəni qardaşı Hadi ilə birgə törətməsi müəyyən edilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hadi tutulub.

 

Qeyd edək ki, Nabil Rəhmanov çoban olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar