Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
22.02.2016 567 0
Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in saytına istinadən verilən məlumata görə, fevralın 20-də saat 21 radələrində Biləsuvar şəhərində şəhər sakini Namid Bəndəliyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən rayon sakini Rahil Məmmədovu vurub. O, hadisə yerində ölüb.
Biləsuvar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər