Biləsuvar Telekommunikasiya Qovşağının rəisi intihar edib
25.09.2015 606 0
Biləsuvarda intihar hadisəsi baş verib.
Biləsuvar Rayon Polis Şöbəsindən Məlumata görə, “Aztelekom” İstehsalat Birliyinin Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi, 35 yaşlı İlkin Mirilham oğlu Ağayev bu gün axşam saatlarında iş otağında özünü asaraq öldürüb.
İntiharın səbəbləri barədə hələlik hər hansı bir açıqlanma verilmir. Hadisə yerinə cəlb olunmuş rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.
Qeyd edək ki, İ.Ağayev cəmi iki ay öncə Telekommunikasiya Qovşağının rəisi vəzifəsinə təyin olunub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər