Biləsuvar rayon sakininin qum və duzla yaratdığı kompozisiyalar marağa səbəb olub.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, Biləsuvar rayonunun İsmətli kəndində yaşayan Banuçiçək İbayeva 12 yaşından etibarən kağız, un və ən nəhayət qum üzərində müxtəlif növ şəkillər və kompozisiyalar yaradır.
Banuçiçək deyir ki, onun qum ilə çəkdiyi ilk əl işi Dədə Qurqudun portreti olub. Elə o vaxtdan o, bu məşğuliyyəti öz yaradiciliq sahəsinə çevirib. Onun dediyinə görə, hələ orta məktəbdə oxuduğu illərdə ədəbiyyata böyük marağı olduğu üçün indi əl işlərində ona görə daha çox bədii əsər qəhrəmanlarına müraciət edir.
Müxtəlif əsərlərdə olan bədii qəhrəmanları qum üzərində təsvir edərkən hər hansı əsər personajının bədii portreti Banunçiçəyə kifayət edir ki, həmin qəhrəmanı üz cizgilərinə kimi dəqiqliklə təsvir etsin. Onun çəkdiyi qəhrəmanlar arasında həm şifahi, həm də yazılı ədəbiyyatımızın personajlarına rast gəlinir. Bütün əl işlərini bir neçə dəqiqədə ərsiyə gətirir.