Biləsuvar rayonunun Əliabad kəndinin yolu yenidən qurulub - VİDEO
10.05.2017 731 0.0 0

 “Azəravtoyol” ASC Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolunu əsaslı şəkildə təmir edib.

Bu barədə "Report" quruma istinadən xəbər verir. 

Məlumata görə, yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt – Astara - İranla dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür.

Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi işləri aparılıb. 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1 m enində çiyinlər qurulub.

Torpaq işlərindən sonra yolun asfaltlanması istiqamətində addımlar atılıb. Ümumilikdə isə yolun 12 min msahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib.

Daha sonra zəruri olan yerlərdə14 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar