Bibərin toxumlarını atmayın! FAYDALI RESEPT
19.06.2017 953 0.0 0

Bibər ən faydalı tərəvəzlərdən biridir. Adətən bibəri təmizləyəndə içində olan toxumlar atılır. Nəticədə biz bilmədən bibərin ən faydalı hissəsini tullayırıq.

Bir çox mütəxəssislər tərəvəzlərin, göyərtilərin  toxumlarını hətta həmin tərəvəz və göyərtilərdən də faydalı hesab edir və onları sağlamlığın möhkəmləndirilməsi, müxtəlif xəstəliklərin profilaktikası üçün istifadə etməyi tövsiyə edirlər.

Bibərin toxumları da tərəvəzin özü kimi bir çox faydalı vitamin və minerallarla zəngindir.

Toxumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və sonra istənilən salat və hazır qidalara az miqdarda ədviyyat kimi əlavə etmək olar. Bu əsl təbii vitamin-mineral kompleksidir./Saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar