10 il bundan əvvəl Amerikalı neyrobioloq Lorens Kats və yazıcı Menninq Rubin beyni məşq etdirmək üçün çox effektli metodika hazırlayıblar.
Bu metodikanın adı "neyrobika"dır. Metodikanın əsas prinsipi - "gündəlik işlərdə yenilik".
İnsan hər gün eyni işləri görür və bu da beyinin fəaliyyətinə mənfi təsir edir - yaddaş, diqqət, təfəkkür zəifləyir. Bunun qarşısını almaq üçün beyinə daim məşq, yenilik lazımdır.
Neyrobikanın müəllifləri beyni məşq etdirmək üçün bu kimi tövsiyər verir:
- İşə gedəndə yeni marşrutlardan istifadə edin.
- İş yerinizdə tez-tez yeniliklər edin (əşyaların yerini dəyişin, köhnə əşyaları yeniləri ilə əvəz edin).
- Dişlərinizi sağ əlinizlə yox, sol əlinizlə yuyun, düymələri sol əlinizlə bağlayın, kompütürdə işlədikdə mətni sol əlinizlə yığın və s.
- Yarasa məşqi. Evdə gözü yumulu gəzin və bəzi işləri gözü yumulu görün.
- Saç düzümünüzü, makiyajınızı, geyim stilinizi dəyişin.
- Evdə mebellərin yerini dəyişin, yeni yeməklər bişirin və s.
Belə məşqlər həmçinin sinir hüceyrələrin bərpa proseslərini sürətləndirir./lent.az/