Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıya gəldi
12.06.2015 583 0
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (BOK) Tomas Bax Azərbaycana gəlib.
Məlumata görə, BOK prezidenti Bakıya həyat yoldaşı Klaudia ilə birlikdə gəlib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidentini və xanımını Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin nümayəndələri qarşılayıb.
Tomas Bax Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.
Xatırladaq ki, Bakı 2015 I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək. Yarışlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançı mübarizə aparacaq./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər