Beynəlxalq maliyyə qurumunun əməkdaşları Ukraynadan çıxır
14.02.2022 259 0.0 0

Dünya Bankı (DB) Ukrayna və Rusiya arasındakı mümkün qarşıdurma fonunda Ukraynadakı əməkdaşlarını təxliyə edir.

Bildirək ki, bu barədə “Reuters”in əldə etdiyi DB-yə aid xidməti sənəddə qeyd olunub.

"Əməkdaşlarımızın və onların ailələrinin təhlükəsizliyini təmin etmək Dünya Bankı üçün əsas prioritetdir. Təxliyə siyasətimizə uyğun olaraq işçilərin müvəqqəti yerdəyişməsi və gücləndirilmiş təhlükəsizlik tədbirləri gerçəkləşdirilir", - sənəddə bildirilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar