Azərbaycan Beynəlxalq Bankının prezidenti istefa verib.Qazeta.info Azərbaycan Beynəlxalq Bankının saytına əsasən bildirir ki, 18 mart 2015-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçirilib.
Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin olunub.
İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.
Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.